Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, ərazidə olan sakinlər hadisənin necə baş verməsi ilə bağlı məlumat veriblər:
“Saat 8-dən xəbər tutulub ki, uşaqlar yoxdur. Bütün qonşulara hay düşüb və çıxıblar axtarmağa. Görən olub ki, iki uşaq əlində süpürgə ilə gedib. Axtara-axtara gəlib buradan süpürgəni tapıblar. Daha sonra quyuda suyun üstündə uşağın başmağı olub. Məlum olub ki, uşaqlar buradadır. Daha sonra polislər və FHN-nin əməkdaşları gəldi. Saat 2-yə qalmış birinin, 4-ə qalmış da digər uşağın cəsədi quyudan çıxarıldı”.
Qeyd edək ki, qonşuluqda yaşayan uşaqlar 2013-cü il təvəllüdlü olub.
Bizim.Media