Bu cərimələr silinə bilər – AÇIQLAMA 

Bu cərimələr silinə bilər – AÇIQLAMA 

Hazırda oxunan: Bu cərimələr silinə bilər – AÇIQLAMA 

136435

Azərbaycanda xüsusi karantin rejimi zamanı qaydalara əməl etməyən vətəndaşlar aidiyyatı qurumlar tərəfindən cərimələnib. 

Ölkədə karantin qadağaları ləğv edilsə də, pandemiya zamanı tətbiq edilən cərimələlər hələ də aktualdır. 

Bəzi vətəndaşlar pandemiya dövründəki cərimələrini ödəmədiyi üçün onların dövlət tərəfindən silinməsinə ümid edir. Bu cərimələrin dövlət tərəfindən silinməsi nə qədər realdır? Belə bir hal baş verə bilərmi? 

Bizim.Media “Baku.ws”ə istinadən xəbər verir ki, bu suallara cavab tapmaq üçün Mili Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğluna müraciət olunub. 

Millət vəkili bildirib ki, pandemiya ümumi bir bəla idi və ondan qorunmağın müxtəlif inzibati vasitələri var idi:

"Ölkəmiz 3 ilə yaxın davam edən koronavirus pandemiyası zamanı bunu tətbiq etdi və yaxşı nəticələr əldə etdi. Vətəndaşlarımızın səhhəti qorundu, pandemiya zamanı digər ölkələrlə müqayisədə ölüm halları az oldu. 

Həmin dövrdə zəruri olan və tətbiq edilən pul cərimələri vətəndaşı cəzalandırmağa deyil, səhhətinin qayğısına qalmağa, xəstəliyin yayılmasının qarşısını almağa hesablanmışdı.

Fikrimcə, indiki dövrdə bu vaxta qədər ödənilməmiş cərimələrin silinməsi mümkündür. Əslində ortada elə də böyük məbləğ olmayacaq. Şübhəsiz ki, dövlətimizin məqsədi vətəndaşa cərimə tətbiq etmək deyil, onun səhhətini qorumaq idi. Buna görə, həmin cərimələrin silinməsi mümkündür". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO