
- A-
- A
- A+
Cəmiyyət
09:31 / 13.05.2023
Şəmkirdə ağır QƏZA – Üç yaralı var
Hazırda oxunan: Şəmkirdə ağır QƏZA – Üç yaralı var
135747
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəmkir rayonunda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, "Nissan" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq maneəyə çırpılıb.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Qurban Cəbi Oğlu Alıyev, Elçin Əhməd oğlu Alıyev və 1994-cü il təvəllüdlü İlkin Əhməd oğlu Alıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan İ.Alıyevin vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, qəza vaxtı avtomobildə olanlar əmioğludur. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































