"Koroğlu"da avtobusların dayanacağı dəyişdirildi - FOTOLAR

Hazırda oxunan: "Koroğlu"da avtobusların dayanacağı dəyişdirildi - FOTOLAR

134537
"Koroğlu" metrostansiyasının şəhər ustiqamətində olan çıxışının qarşısında avtobusların dayanması qadağan edilib. 

Musavat.com-un məlumatına görə, bu gündən etibarən avtobuslar yeni dayanacaqda- Avropa Oyunları ərəfəsində salınan, "Atletlər kəndi"nin qarşısındakı geniş dayanacaqdan istifadə edəcək. 

Bununla da Heydər Əliyev prospektindəki tıxacın qarşısını almaq mümkün olacaq. 

Sabunçu, Məştağa, Buzovna, Zabrat, Kürdəxanı, Mərdəkan, Şüvəlan, Binə, Pirşağı, Nardaran, Pirallahı, Suraxanı, Şağan istiqamətlərindən gələn avtobuslar Olimpiya stadionunun qarşısındakı yeni salınan yoldan hərəkət edərək "Koroğlu" metrostansiyasına çatacaq. Beləliklə də "Qara Qarayev" metrostansiyasına gedən avtobusların Heydər Əliyev prospektinə çıxışı mümkün olmayacaq.

Həmçinin yeni dayanacaqda hər bir marşrut xətti üzrə hərəkət edən avtobusların saxlama yeri rəqəmlərlə işarələnib və kənar yerlərdə saxlaması qadağan edilib.

"BakuBus"un 1 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusları da bu dayanacaqdan istifadə edir. Burada"BakuBus" avtobusları üçün xüsusi yer ayrılıb və turniketlər quraşdırılıb. Ödəniş terminallarından gedişhaqqı yükləyən sərnişinlər daha sonra turniketdən keçərək "BakuBus" avyobuslarında istifadə edə bilirlər.











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO