
- A-
- A
- A+
Şəmkir qəzasında ölən və xəsarət alanların ADLARI AÇIQLANDI
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Bizim.Media xəbər verir ki, Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “VAZ-21021” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Seyidrüstəm Əliyev Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib.
Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.
Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































