"Bir general tanıyıram, qəribsəyən torpağımı azad edib söylədi ki, gəl ək gülü..."

Hazırda oxunan: "Bir general tanıyıram, qəribsəyən torpağımı azad edib söylədi ki, gəl ək gülü..."

133171
Hazırda mühacirətdə olan şair Mirzə Sakit Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən və bu günlərdə general-mayor rütbəsi verilən Mais Bərxudarova şeir həsr edib.

Moderator.az Mirzə Sakitin “Bir general tanıyıram”x9d şeirini təqdim edir:


Bir general tanıyıram, mundirində dövlətimin təşəkkülü,

Qürurunda vətən eşqli qədir bilən millətimin təşəkkürü

Qəribsəyən torpağımı azad edib söylədi ki, gəl ək gülü,

Düşmənlərə tuşladığı haqq silahın öpə-öpə,

Aslan kimi komutanım, oylağı da Lələtəpə!!



Bir general tanıyıram, türk elinin Oğuz yurdlu guşəsində,

Ərənlərə qalxın - deyən cəng səslənən gur səsindəxa0

Göy Tanrının duası var addımının cəsarətli zərbəsində,

Cəngavər tək önə keçib güllələri səpə-səpə

Aslan kimi komutanım, oylağı da Lələtəpə!!



Bir general tanıyıram, savaşlarda önə keçən Babək hoylu,

Vüqarında Xürrəminin Bəzz qalası, Savalan tək uca boylu

Azərbaycan torpağında məğlub olmaz o türk soylu

Araz boyu şahə qalxır əsirlənən o gur ləpə

Aslan kimi komutanım, oylağı da Lələtəpə!!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO