Bakıda xüsusi ƏMƏLİYYAT: 17 nəfər saxlanıldı – FOTO/VİDEO 

Bakıda xüsusi ƏMƏLİYYAT: 17 nəfər saxlanıldı – FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda xüsusi ƏMƏLİYYAT: 17 nəfər saxlanıldı – FOTO/VİDEO 
133053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilib. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul olan daha 17 nəfər saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. 

Qeyd edilib ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. 

Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 
 


Bakıda xüsusi ƏMƏLİYYAT: 17 nəfər saxlanıldı – FOTO/VİDEO  - foto 1
Bakıda xüsusi ƏMƏLİYYAT: 17 nəfər saxlanıldı – FOTO/VİDEO  - foto 2
Bakıda xüsusi ƏMƏLİYYAT: 17 nəfər saxlanıldı – FOTO/VİDEO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO