Azərbaycanda kibertəhlükəsizlik necə təmin olunur? – VİDEOREPORTAJ  

Azərbaycanda kibertəhlükəsizlik necə təmin olunur? – VİDEOREPORTAJ  

Hazırda oxunan: Azərbaycanda kibertəhlükəsizlik necə təmin olunur? – VİDEOREPORTAJ  

132884

Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə layihəsi olan "Azərbaycanda kibercinayət və təhlükəsizlik barometri" nəticələrinin təqdimatı ilə bağlı konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, konfransda kibertəhlükəsizliyin geniş spektri və onun mənfi təsirləri ilə bağlı müzakirələr aparılıb. 

Çıxış edənlər Azərbaycanda kibertəhlükəsizliyin hazırkı vəziyyətindən, istifadəçi məlumatlarının qorunması istiqamətində görülən tədbirlərdən söz açıblar.

Konfransda həmçinin, Azərbaycanda kibertəhlükəsizliyin mövcud vəziyyətini öyrənmək üçün aparılan sorğunun nəticələri də təqdim olunub.

Sorğuda iştirak edən respondentlərin əksəriyyəti son 1 il ərzində şəxsi hesablarına giriş məlumatlarının onlayn ifşa olunmadığını bildiriblər.

Daha ətraflı videoreportajda: 

 




Ziya Hikmətoğlu, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO