Biləsuvarda öldürülən şəxs bank işçisi olub - TƏFƏRRÜAT

Biləsuvarda öldürülən şəxs bank işçisi olub - TƏFƏRRÜAT

Hazırda oxunan: Biləsuvarda öldürülən şəxs bank işçisi olub - TƏFƏRRÜAT

132275

Biləsuvarda ötən gecə baş verən qətl hadisəsinin bəzi təfərrüatları aydınlaşıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində, yol kənarında qeydə alınıb.

Belə ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini, 1993-cü il təvəllüdlü Əlizadə Rüfat Kərim oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1986-ci il təvəllüdlü Cəlilabad rayon sakini, İlhamlı Vüsal İlham oğlunun döş qəfəsinin sol yarısına əlindəki bıçaqla bir dəfə zərbə endirib. Nəticədə V. İlhamlı  döş qəfəsinin sol yarısının daxilə keçən və ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini alıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə cinayat işi başlanaraq ibtidai istintaqı aparılır. Əlizadə Rüfat Kərim oğlu şübhəli şəxs qismində tutulub. 

Qeyd edək ki, mərhum "Finca Azərbaycan" Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işçi işləyirdi.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO