
- A-
- A
- A+
Ucarda AĞIR QƏZA: 5 nəfər xəsarət alıb - FOTO
Bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, “Toyota” markalı minik maşını yol kənarında dayanmış “Mercedes”ə çırpılıb.
Nəticədə müxtəlif xəsarətlər alan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Xaləddin Sabir oğlu Həsənov, Ucar rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Niyaz oğlu Qədirov, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Pərvin Qurban oğlu Mehdiyev, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Fərid Abbas oğlu Abbasov və Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü Ziya İntiqam oğlu Məmmədzadə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılma aparılır.



Aqil Əsədov,Bizim.Media, Aran bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































