“Xocalı ağrısından gələcəyə baxış” – KONFRANS KEÇİRİLİB - FOTO

“Xocalı ağrısından gələcəyə baxış” – KONFRANS KEÇİRİLİB - FOTO

Hazırda oxunan: “Xocalı ağrısından gələcəyə baxış” – KONFRANS KEÇİRİLİB - FOTO

13192

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi, Macarıstanın “Subyektiv Dəyərlər Fondu” və Budapeştdə yerləşən Soyqırım və Kütləvi Qırığınların Qarşısının Alınması Fondunun birgə təşkilatçılığı ilə “Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib. 

Bizim Media xəbər verir ki, faciənin 29-cu ildönümündə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil edilən təbirdə beynəlxalq tədqiqatçılar və ekspertlər çıxış ediblər.

Konfransın moderatorluğu ABŞ-dan olan mütəxəsis Sara Bouman və beynəlxalq film prodüseri Tyagi Pallava tərəfindən edilib.

Tədbirin açılış hissəsində İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev çıxış edib. O, bu cür konfransların Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırılması baxımından vacibliyini qeyd edib. 

Fondunun sədri və soyqırımlar üzrə beynəlxalq ekspert Gyorqi Tatar öz çıxışında Fondun dünyada və o cümlədən Avropa qitəsində etnik nifrətə qarşı mübarizə zəminində fəaliyyət apardığını nəzərə çatdırıb. 

Faciədən bir neçə gün sonra İngiltərənin “Independent” qəzetində Xocalıda baş verənlər haqda məqaləsi dərc edilən və o zaman qəzetin Cənubi Qafqaz üzrə müxbiri olan Helen Uoumakın xahişi ilə onun 1992-ci ildə nəşr edilən məqaləsi konfrans iştirakçıları üçün oxunub. 

ABŞ-ın Sahil Karolina Universitetinin professoru Kristofer Qann çıxışında erməni terror təşkilatlarının keçən əsr boyunca azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayətlərdən danışıb.

O, apardığı tədqiqata əsasən 20-ci əsrin 80-ci illərinin ən fəal erməni əsilli terroristlərinin 90-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəldiklərini bildirib. 

Xocalıdan olan Nərmin İbrahimova hadisə zamanı uşaq olmasına baxmayaraq, faciənin sağ qalanlar üzərində ağır travma və sarsıntı qoyduğunu deyib.  

O, Xocalı cəlladlarının ən qısa zamanda beynəlxalq səviyyədə mühakimə edilməsinin həyatda qalanların qismən rahatlıq tapmasına xidmət edəcəyini bildirib.

ABŞ-dan olan siyasi şərhçi və aparıcı, “Dağlarda cinayət” kitabının müəllifi Raul Loveri Contreras Azərbaycana gələrək faciə zamanı əsir götürülən Xocalı sakinləri ilə görüşdüyünü deyib.  

R.Contreras həmçinin 44 günlük 2-ci Qarabağ müharibəsinin nəticələrinə də toxunaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin bölgənin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda konfrans iştirakçıları Xocalıya Ədalət kampaniyası tərəfindən yeni hazırlanmış “Xocalı nişanəsi” adlı qısa sənədli videonu izləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO