
- A-
- A
- A+
Qəzada yaralandı - 10 gün sonra xəstəxanada ÖLDÜ
On gün öncə Qəbələ şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan piyada bu gün xəstəxanada keçinib.
Faktı Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.
Məlumatda qeyd olunur ki, aprelin 7-də şəhər ərazisində sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə rayonun Vəndam qəsəbə sakini, 55 yaşlı Yaqub Hacıyevi vurub.
Kəllə-beyin xəsarətləri alan piyada ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Y. Hacıyev bu gün vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan o da bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq davam edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































