Qardaşını öldürən qadın məhkəmə qarşısına çıxır

Qardaşını öldürən qadın məhkəmə qarşısına çıxır

Hazırda oxunan: Qardaşını öldürən qadın məhkəmə qarşısına çıxır

13113

Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatındadır.

Xatırladaq ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda qeydə alınıb.

Belə ki, Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-ci il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub.

Ona qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO