Bakıda kişi keçmiş qudasını maşınla vurdu

Bakıda kişi keçmiş qudasını maşınla vurdu

Hazırda oxunan: Bakıda kişi keçmiş qudasını maşınla vurdu

130856

Bakıda kişi qəsdən avtomobillə vurulub. 

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 51 yaşlı Rauf İslamov idarə etdiyi “Ford” markalı maşınla aralarında yaranmış münaqişə zəminində keçmiş qudası, Ağsu sakini Babək Əmrahovu vurub. 

Xəsarət alan Babək Əmrahov xəstəxanaya yerləşdirilib. Keçmiş qudasını vuran Rauf İslamov tutulub. 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO