Yeni kənd təsərrüfatı nazirinin SƏMİMİ AÇIQLAMASI: 8 il öncə... - VİDEO

Yeni kənd təsərrüfatı nazirinin SƏMİMİ AÇIQLAMASI: 8 il öncə... - VİDEO

Hazırda oxunan: Yeni kənd təsərrüfatı nazirinin SƏMİMİ AÇIQLAMASI: 8 il öncə... - VİDEO

130783

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Bizim.Media "marja.az" a istinadən xəbər verir ki, təyinatadək Məcnun Məmmədov 52 milyon 560 min manat nizamnamə kapitalı olan "GRAND-AGRO" MMC-nin direktoru olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin EDİLDİ - FOTO


Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., 153-dür (Port Baku).

"Grand-Agro "MMC-nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hazırda şirkət Abşeron yarımadasında zeytun bağlarının salınmasını həyata keçirir.

Həmçinin, Məcnun Məmmədov "Agro Food Investments" MMC (AFİ) şirkətinin rəhbəri olub. Bu şirkət Azərbaycanın ən böyük aqrar və qida şirkətlər qrupundan biridir.

AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən zeytun yağı istehsalı müəssisəsi, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı və minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir.

Bunlarla yanaşı, qrup, dəyər zəncirinin bir neçə mərhələsində təmsil olunmaqla, logistika, saxlanc xidməti, quru və soyuducu kameralar, laboratoriyalar kimi tamamlayıcı biznes sahələrinə daxil olmuş və keyfiyyət və dayanıqlılığı təmin etməyi hədəfləmişdir.

Məcnun Məmmədov "PMD Group", "Modern Group", "AER" və "Deloitte" şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.

Qeyd edək ki, təxminən 8 ay əvvəl (10 Avqust 2022) "10-a kimi" layihəsi çərçivəsində Məcnun Məmmədovdan müsahibə alınıb.

Ona, "Məcnun 5 il sonra özünü harada görür?" sualı da verilmişdi. Məmmədov müsahibəsində "Məcnun işini daha çox sevir, əsasən də kənd təsərrüfatı və qidanı" demişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO