Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi BAŞLANILDI

Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi BAŞLANILDI

Hazırda oxunan: Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi BAŞLANILDI

130760

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Bizim.Media-ya Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və laqeyd münasibəti nəticəsində qeyd olunan ərazidə ümumilikdə 97 ədəd ağacın qanunsuz kəsilməsi, bununla da təbiətə 200 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO