Güclü külək Qəbələdə məktəbin DAMINI UÇURUB

Güclü külək Qəbələdə məktəbin DAMINI UÇURUB

Hazırda oxunan: Güclü külək Qəbələdə məktəbin DAMINI UÇURUB

130674

Ötən günün ikinci yarısından başlayan külək sonradan güclənib. Nəticədə şəhər məktəblərindən birinin dam örtüyünün bir hissəsini uçurub.

Bu barədə Bizim.Media-ya rayon təhsil sektorundan məlumat verilib. 

Bildirilir ki, şiddətli külək nəticəsində Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin dam örtüyünə ciddi ziyan dəyib. Damın bir hissəsini külək dağıdıb.

Hadisə axşama doğru olduğundan xəsarət alan olmayıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal- Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO