“Əhali müraciət etməyəndən sonra dövlət peyvəndi kimə vursun?”- İNFEKSİONİST 

Hazırda oxunan: “Əhali müraciət etməyəndən sonra dövlət peyvəndi kimə vursun?”- İNFEKSİONİST 

13067

“Azərbaycan əhalisinin 60-70 faizi vaksinasiya olunmalıdır ki, koronavirusla bağlı istənilən nəticəni ala bilək”.

Bunu Bizim.Media-ya açıqlamasında tanınmış infeksionist Vüqar Cavadzadə ölkədə peyvəndlməyə çox az insanın qoşulması məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə bu gün dünyanın 200 ölkəsində koronavirus epidemiyası yayılsa da, cəmi 50 ölkədə vaksinasiya aparılır: 

“Bu çox az rəqəmdir. İnfeksiyalarda dəqiq proqnoz işləmir. Əgər bütün ölkələrdə peyvəndləmə prosesi getsəydi, o zaman güman edərdik ki, yaxın 1 ildə koronavirusa qalib gələcəyik.

Çox az sayda ölkələrdə vaksinasiya gedir və hazırda peyvənd çatışmazlığı var. Sadəcə İsraildə əhalinin 60 faizdən çoxu vaksinasiya olunub. Bu baxmdan epidemik proqnoz vermək düzgün deyil. 

Azərbaycanda aparılan vaksinasiya prosesinə gəlincə, infeksionist ölkədə peyvəndləməyə çox az insanın qoşulduğunu deyib: 

“Bu könüllü məsələdir. Məcburi deyil ki, dövlət hər kəsi bu prosesə cəlb etsin. İsraildə də könüllüdür. Amma əhali vaksinasiya prosesində aktiv iştirak edir. Azərbaycanda vaksinasiya prosesi ləng gedir, deməzdim.

Əhali müraciət etməyəndən sonra dövlət peyvəndi kimə vursun? Vaksinasiyaya qoşulan olmasa və ya say az olsa, yoluxma yenidən artacaq. Hətta son günlərdə nisbətən yoluxmada artım var. Heç olmaya 60 - 70 faiz insan peyvəndlənməlidir”. 

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə bu il yanvar ayının 18-dən start verilib. lk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunub.

Fevralın 23-nə qədər Azərbaycanda 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinasiya edilib. Ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Artıq 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO