Ucarda güclü küləyin törətdiyi FƏSADLAR - FOTO 

Ucarda güclü küləyin törətdiyi FƏSADLAR - FOTO 

Hazırda oxunan: Ucarda güclü küləyin törətdiyi FƏSADLAR - FOTO 

130629

Ucarda güclü külək fəsadlar törədib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün günorta saatlarından etibarən əsməyə başlayan güclü külək rayonun Heydər Əliyev prospektində, Elnur Hacıyev və Azərbaycan küçəsində bir neçə şam ağacını aşırıb.

H. Əliyev prospektində aşan irigövdəli ağac avtomobil yolunun hərəkət hissəsini tamamilə kəsib. Aidiyyəti qurumlar tərəfindən ağac ərazidən götürülüb, yol açılıb.  

Bundan əlavə, 3 saatayaxın davam edən güclü külək nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Yerli idarədən verilən məlumata görə, bir neçə ərazidə ağacların naqillərin üzərinə aşması nəticəsində qırılmalar baş verib. Hazırda ərazidə təmir-bərpa işləri aparılır. 

Qeyd edək ki, hazırda rayonun bir çox yaşayış ərazisində elektrik təchizatı müvəqqəti dayandırılıb. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO