Göyçayda güclü KÜLƏK:  Ağac avtomobil və aptekin üstünə AŞDI - FOTO

Göyçayda güclü KÜLƏK:  Ağac avtomobil və aptekin üstünə AŞDI - FOTO

Hazırda oxunan: Göyçayda güclü KÜLƏK:  Ağac avtomobil və aptekin üstünə AŞDI - FOTO

130608

Göyçayda külək nəticəsində bir sıra obyektlərə zərər dəyib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, külək ağacı avtomobilin və aptekin üzərinə aşırıb.

Bildirilib ki, bu gün saat 15:30 radələrindən Göyçay rayonunda güclü külək əsməyə başlayıb və hazırda davam edir. 

Küləyin təsiri nəticəsində bir neçə yerdə ağaclar aşıb, bəzi tikililərin dam örtüyü qopub, bir neçə kəndə elektrik enerjisinin verilməsi dayanıb. 

Şəhərin Nizami küçəsində çinar ağacı hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin üzərinə aşıb.

Həmçinin Heydər Əliyev prospektindəki ağaclardan biri isə "Zəfəran" aptekə böyük zərər vurub.









Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO