İranın ali dini lideri Seyid Əli Xameneiyə “Bənzərsiz rəhbərim” deyən Lənkəran məscidinin axundu Hacı Zülfüqar Azərbaycandan qaçıb. Əldə edilən məlumata görə, o, 1 il əvvəl Rusiyaya sığınıb.
Bizim.Media xatırladır ki, Hacı Zülfüqar iranlı general Qasım Süleymaninin qətlindən sonra belə açıqlama vermişdi:
"Bizim bənzərsiz rəhbərimizin (İranın ali dini lideri Seyid Əli Xameneini nəzərdə tutulur) siyasətini həyata keçirən Qasım Süleymani kimi böyük sərkərdəmizi, generalımızı düşmən zəif olduğuna görə öldürüb. Ağamız demişdi ki, "General Qasım Süleymanidən daha təhlükəli şəhid Süleymanidir. Bu, bir həqiqətdir. Çünki onun qanı yerə tökülməyib".
Bizim.Media