Doktoranturaya elektron sənəd qəbulu BAŞLAYIR

Doktoranturaya elektron sənəd qəbulu BAŞLAYIR

Hazırda oxunan: Doktoranturaya elektron sənəd qəbulu BAŞLAYIR

130279

12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək. Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak edə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO