Kamil Zeynallı onu həbs etdirən generalın adını AÇIQLADI

Hazırda oxunan: Kamil Zeynallı onu həbs etdirən generalın adını AÇIQLADI

12998

İdmançı Kamil Zeynallı əsgərlərə yardım apararkən həbsinə qərar verın generalın adının açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə İnstagram hesabında məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Kamil Zeynallı: "Məni həbs etdirən generalın adını tezliklə açıqlayacam"


“Murov dağ Ömər aşırımı. Kasıbın balalarına əsgər payı aparıram. Sağ olsun MN genaralı, qaxlı (vətənərvər qaxlılardan üzr istəyirəm Qaxın adına görə, hər yerin pisi də var, yaxşısı da) Ənvər Əfəndiyev sonda mənim torbamı tikib, tutdurduğuna görə)”.

Kəlbəcər polisinin həbs olunmasında heç bir günahı olmadığını qeyd edən K.Zeynallı, bunun ancaq general Ənvər Əfəndiyevin səhvi olduğunu qeyd edib.

“Kəlbəcərin Polis Bölməsinə təşəkkür edirəm, mənim həbsimdə onların heç bir günahı yoxdur. Sadəcə, tutulmağım üçün yalandan yuxarıya məruzə edən, Şəmkir korpusunun generalı Əfəndiyev oldu.

Allaha and olsun əsgərləri incidən bu şəxs öz kreslosunda çox qalmaq fikri var. Məni həbs etdirməkdə böyük səhv etdi”.

Sonda idmançı bu sözlərlə fikrini tamamlayıb:

“Allah olkəmizin Birinci Xanımı Mehriban xanımın canını sağ etsin. Mən yetim səhv edib nə etdim ki? Əsgərlərə yardım aparmağa görə, adama 30 sutka həbs verərlər?”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO