Qanunsuz kəsilən ağacların daşınmasının qarşısı alındı

Qanunsuz kəsilən ağacların daşınmasının qarşısı alındı

Hazırda oxunan: Qanunsuz kəsilən ağacların daşınmasının qarşısı alındı

129757

9 aprel tarixində, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların Mersedes markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

Onun sözlərinə görə, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb.

"Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO