Bakıda DƏHŞƏTLİ CİNAYƏT – Oğul atasını qətlə yetirdi

Bakıda DƏHŞƏTLİ CİNAYƏT – Oğul atasını qətlə yetirdi

Hazırda oxunan: Bakıda DƏHŞƏTLİ CİNAYƏT – Oğul atasını qətlə yetirdi

129590

Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb. 

Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. 

İbtidai istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO