
- A-
- A
- A+
Ağdaban soyqırımından 31 il ötür - FOTO
Bu gün Ağdaban soyqırımından 31 il ötür.
Bizim.Media xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib.
Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilər şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. İşğalçılar habelə Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































