Şəkidə iki vəzifəli şəxs işdən AZAD EDİLDİ - SƏBƏB

Şəkidə iki vəzifəli şəxs işdən AZAD EDİLDİ - SƏBƏB

Hazırda oxunan: Şəkidə iki vəzifəli şəxs işdən AZAD EDİLDİ - SƏBƏB

129494

Şəkidə iki vəzifəli şəxs işdən azad edilib, biri isə təqaüdə göndərilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov sərəncam imzalayıb. 

Bildirilib ki, işdən azad edilənlər başçının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri Orxan Məmməd-Rasim oğlu Hüseynli və baş memar Taleh Saleh oğlu Alxasovdur. Hər iki məmurun işdə yol verdiyi nöqsanlara görə azad edildiyi bildirilir. 
 

Məsələ ilə əlaqədar Şəki şəhər icra hakimiyyətinə müraciət etsək də sorğumuza cavab verilməyib.  

Məlumatda o da qeyd edilir ki, icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən Əhmədiyə Bəşirov isə yaş həddi bitdiyindən təqaüdə göndərilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO