Moderator.az bir neçə elmi mənbəyə istinad edərək böyük alim Nəsirəddin Tusinin Amerikanı səyyah kimi olmasa da, xəritə üzərində kəşfini sübut edən faktı təqdim edir:
Doğrudur, Tusi nə dünya səyahətinə çıxıb, nə də həmin torpaqlara ayaq basıb. Lakin Kolumbun XV əsrdə ilk dəfə Amerikaya səfərindən (halbuki o, özü də Amerikada olduğunu bilmirdi) 200 il əvvəl Nəsirəddin Tusi özünün “Zic Elxani”x9d ( Elxani Cədvəlləri) əsərində hazırladığı meridian və paralellər xəritəsində belə bir quru torpağın olduğunu bildirmişdi. Tusi dünya xəritəsini meridianlar üzərində qurarkən ilkin sıfır meridianının uzunluq xəttini indiki Qrinviçdən 34 dərəcə qərbdə qeyd etmişdi. Adıçəkilən xəritədə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin Tusi uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. Bu ideyanı isə ilk dəfə olaraq böyük Tusi özünün “Zic Elxani”x9d əsərində səsləndirir.
Hətta Kolumbun Amerikanı kəşf etdiyi zaman Tusinin “Zic Elxani”x9d əsərindən istifadə etdiyi də deyilir.
Elmin Nuri






























































































