Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin cinayət işi məhkəməyə göndərildi

Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin cinayət işi məhkəməyə göndərildi

Hazırda oxunan: Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin cinayət işi məhkəməyə göndərildi

128893

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Feyruz Əhmədovun kənd təsərrüfatı təyinatlı texnika almaq istəyən şəxsə məxsus 48 min manatdan artıq pulu Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin yüksək vəzifəli şəxslərinə rüşvət qismində verilməsi adı ilə ələ keçirməsinə və bu hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Feyruz Əhmədova Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO