Şimal bölgəsi aprel ayının 2-ci gününü də qar və şaxta ilə başlayıb. Quba və Qusarın dağlıq yaşayış məntəqələri yenidən ağ örpəyə bürünüb.
Bizim.Media-nın Quba hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, ən çox qar Qubanın Qrız kəndinə düşüb: 21 sm.
Qusarın Ləzə kəndində qarın hündürlüyü 16, Yasab-Həzrə kəndlərində 4, Qubanın Xınalıq kəndində 10, Xaltan kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 9 sm təşkil edib.
Ən çox şaxta Qrız və Xınalıqda müşahidə edilib: 7,2 dərəcə.
Şimal bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:42 / 02.04.2023
Qubanın Qrız kəndinə 21 sm qar yağdı - FOTO
Hazırda oxunan: Qubanın Qrız kəndinə 21 sm qar yağdı - FOTO
Hazırda oxunan: Qubanın Qrız kəndinə 21 sm qar yağdı - FOTO
128496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.