Narkotikin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI 

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI 

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI 

128420

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Salyan rayonu ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. 

Həmin nəqliyyat vasitəsini idarə edən Qurban Məlikovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən Q.Məlikovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. 

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO