Yağıntılı hava şəraitində paytaxtda müxtəlif problemlər qaçılmaz olur. Ötən gündən başlayan yağışlı havadan sonra Bakıda, eləcə də ətraf qəsəbələrin bir sıra küçələrində iri gölməçələr yaranıb.
Şəhərin mərkəzi də problemlərdən “yaxa qurtara” bilməyib. Belə ki, Heydər Əliyev Sarayının qarşısına çıxan (Bülbül prospekti) yeraltı keçidin divarlarında su fəvvarələri yaranıb.
Bizim.Media yaranan mənzərəni lentə alıb.
Keçid divarını yararaq axan suyun qarşısını almaq üçün kimsə kibrit çöpləri və polietilendən istifadə edib.
Qeyd edək ki, həmin ərazidə olan yeraltı keçidlərin yuxarı qalxan eskalatorları uzun müddətdir ki, çalışmır.
Görüntüləri təqdim edirik.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 01.04.2023
Heydər Əliyev Sarayının qarşısındakı keçiddə SU SIZIR – ÖZƏL/VİDEO
Hazırda oxunan: Heydər Əliyev Sarayının qarşısındakı keçiddə SU SIZIR – ÖZƏL/VİDEO
Hazırda oxunan: Heydər Əliyev Sarayının qarşısındakı keçiddə SU SIZIR – ÖZƏL/VİDEO
128358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.