Naxçıvanda daha bir qadağa LƏĞV OLUNDU 

Naxçıvanda daha bir qadağa LƏĞV OLUNDU 

Hazırda oxunan: Naxçıvanda daha bir qadağa LƏĞV OLUNDU 

128191

Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün forma məhdudiyyəti aradan qaldırılıb. 

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, NDU-nun tələbələri dərsə milli-mənəvi dəyərləri, milli mentaliteti qorumaq şərti ilə sərbəst şəkildə geyinib gələ bilərlər. 

Buna baxmayaraq, bəzi qadağalar universitetdə hələ də gündəmdədir. 

Belə ki, yazılan məlumata görə, qızların auditoriyaya qısa ətək, kəsik-kəsik şalvar, qısa köynəklər geyinib gəlməsinə icazə verilmir. Oğlanlar isə seyrək saqqalda gələ bilərlər. 

Qeyd edək ki, sadalanan qaydalar həm yerli, həm də xarici tələbələrə şamil edilib. Xatırladaq ki, yeni qaydaya qədər tələbələr universitetə xüsusi forma ilə gəlirdilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO