Şəkidə mənzildə meyit tapılıb

Şəkidə mənzildə meyit tapılıb

Hazırda oxunan: Şəkidə mənzildə meyit tapılıb

128152

Şəki şəhəri, Şərbablar küçəsi, bina 19, mənzil 33-də qapının bir neçə gün bağlı qalması qonşuları narahat edib və bu səbəbdən 
müvafiq orqanlara müraciət olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə polislə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da cəlb olunub.

FHN əmıkdaşları qapını açdıqdan sonra xilasedicilər mənzilə daxil olub. Bu zaman ev sahibəsi - 59 yaşlı Bahar Qədirovanın meyiti aşkarlanıb.

Xilasedicilər Bahar Qədirovanın meyitini aidiyyəti üzrə hadisə yerində olan hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil veriib.

Faktla bağlı araşdırma başlanılıb. 59 yaşlı qadının hansı səbəbdən ölməsi araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO