Hüseyn Səfərov: “Əgər Mövlam Şıxəliyev ən qısa vaxtda şantaj yolu ilə məndən aldığı külli miqdarda pulumu qaytarmasa, özümü onun “Sahil”x9ddəki evinin qarşısında benzin töküb yandıracağam...”x9d
Xəqani Əzimov: “MTN-nin İstintaq Baş İdarəsinin rəisi, keçmiş “obxss”x9d Mövlam Şıxəliyev Vüqar Behbudovu üzümüzə durquza biməyəndə onu şərləyib 10 il həbs etdirdi”¦”x9d
Şikayətçilər: “Dəqiq bilirik ki, Mövlam Şıxəliyev Hüseyn Səfərov adlı şəxsi şərləyib qorxudaraq ondan 2 milyon dollar pul almışdı, hələ də qaytarmaq istəmir, Novxanıdakı villasından dənizi seyr edib kef çəkir”¦”x9d
“Təzadlar”x9da daxil olan şikayət məktubu bir həftədən çoxdur əməkdaşlarımız tərəfindən araşdırılır, artıq müəyyən nəticələrə də gəlmişik. Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı şikayət ərizəsində hər kəsi şoka salacaq faktlar yer alıb”¦ Şikayət məktubu Bakı şəhər sakinləri Xəqani Əzimov, Nizami Kazımov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və başqaları tərəfindən yazılıb və məktubda tükürpədici faktlar sadalanır, MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərobun “Texnikabank”x9dın işi ilə bağlı onları necə qorxudub hədələmə yolu ilə külli miqdarda pullarını rüşvət formasında aldıqlarını və s. yazıblar.
(2-ci yazı)
MTN-nin general “İstehsalı...
Beləliklə, ölkə ictimaiyyətinə də məlumdur ki, MTN-də baş vermiş məlum qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub, 1 nəfər axtarışdadır, 1 nəfər isə ev dustaqlığındadır. İş üzrə həbs olunmuş Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında intihar etmişdir.
İş üzrə həbsdə olan MTN-çilərin siyahısı mətbuatda dərc olunduğundan bu siyahını təkrarlamaq istəməzdik. Lakin ötən yazıda qeyd etdiyimiz kimi, bu “Qara siyahı”x9dda adı keçənlərin bir çoxu imkanlı şəxsləri istintaqa cəlb edərək onlardan qorxutma yolu ilə külli miqdarda pul almaqla ölkədə sözün əsil mənasında Sovet “obxss”x9di funksiyasını yerinə yetirmişlər... Və Baş Prokurorluğun məlumatlarına əsasən deyə bilərik ki, təkcə indiyədək “MTN işi”x9d ilə bağlı iş üzrə 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 sahibkar-iş adamı zərərçəkmiş şəxs qismində tanınıb. Bu insanları qorxudub infarkt və müflis vəziyyətinə gətirənlərin demək olar hamısı generallardır. Təsəvvür edirsinizmi, generallar dövlətin və ölkənin fəxri olmalı ikən, gözdən uzaq müstəvidə hədə və qorxutma, rüşvətalma aparatına çevrilib... Eldar Mahmudov isə, sanki əlinə dəftər-qələm alıb generalların sayını günbəgün artırırmış.
General rütbəli, orden-medallı cinayətkarlar?
Məsələn, elə tutulanların siyahısına baxın: hamısı orden və medallı, general rütbəlidir... MTN-dən qovulanların isə sayı-hesabı yoxdur. Budur, Eldar Mahmudovun siyahısında Azərbaycanın 36 yaşlı general-mayoru Vüqar Allahquliyev, MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, generallığın bir addımlığında olmuş MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə”¦ Və nəhayət, iş adamlarının “dar ağacı”x9d- İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev! Təsəvvür edirsinizmi, Prezident İlham Əliyevin sərəncamı ilə ona 2010-cu ildə general-mayor rütbəsi verilir. Nə deyək, vaxtilə DİN-də adi bir “obxss”x9d olmuş şəxsə birdən-birə general rütbəsi verilir... Çünki o, DİN-də Eldar Mahmudovla “1 ton çörək”x9d yeyib...
General Mövlam Şıxəliyevin “Texnikabank”x9d tələsi”¦
MTN-nin özünün neçə il əvvəl yaydığı rəsmi məlumatlardan da bəllidir ki, “Texnikabank”x9dın Bakı filialının sədri olmuş Zal Yusifov və oğlu İslam Yusifovun cinayət işi ilə bağlı aparılmış istintaq müəyyən edib ki, 81 nəfərin əmanətçinin milyonlarla manat vəsaiti mənimsənilib. Amma”¦ “Əmma”x9d ondan ibarətdir ki, bir atalar məsəlində deyildiyi kimi, “Əri döymüş gəlini it də tutdu bir yandan”¦”x9d. Maraqlıdır ki, bu əmanətlərə xəyanət etmiş “Texnikabank”x9dın Bakı filialının sabiq rəhbəri Zal Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə qərarının onun əmlakının müsadirə edilməsi və zərərçəkənlərin zərərinin ödənilməsi ilə bağlı hissəsi hələ də icra olunmayıb. Niyə? “”¦Ona görə ki, MTN-nin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və həmin idarənin şöbə rəisi Vüsal Ələkbərov biz zərərçəkənləri bir-bir çağırıb qorxudurdu ki, siz bu əmanətə qoyulmuş pulu haradan almısınız? İstintaq biz zərərçəkənlərlə cinayətkar kimi davranırdı”¦ Nəticədə, nəinki bizim oğurlanmış əmanətlərimiz özümüzə qaytarıldı, əksinə, Mövlam Şıxəliyev və Vüsal Ələkbərov bizi müflis vəziyyətə saldı”¦”x9d, -deyə zərərçəkənlərdən biri Xəqani Əzimov yana-yana danışır:
-Allah Prezident İlham Əliyevin işinə qüvvət versin ki, bizi bu cinayətkarların əlindən xilas etdi”¦ Mən əlimdə olan mülkümü, evimi satıb “Texnikabank”x9da əmanət kimi qoymuşdum”¦ Bütün pullarım getdi, hələ bir məni az qalmışdılar həbs etsinlər ki, bu pulu hardan almışam”¦ Satdığım əmlakların sənədlərini, hansı qohumdan aldığım əlavə pulun mənbəyini sübut edən fakt və sənədləri təqdim edəndə isə, bu istintaqçılar başqa yola əl atdılar. Bu dəfə üzümüzə adam durquzmağa başladılar ki, guya bu əmanətləri qanunsuz yatırmışıq. İstintaq filial rəhbəri Zal Yusifovu xilas etmək, pulları əlimizdən almaq üçün bütün hoqqalardan çıxdı. Bizdə olan məlumata görə, Milli Bank həmin əmanətlərin qaytarılması və zərərçəkənlərə ödənilməsi üçün zəruri addımları atıb, xeyli pul ayırmışdır, sadəcə, istintaq həmin vəsaiti kimlərləsə əlbir olub mənimsəyib. Bu da azmış kimi, Mövlam Şıxəliyev və Vüsal Ələkbərov biz zərərçəkənləri həbs edəcəkləri ilə qorxudub bizi əmanətlərimizdən imtina etməyə məcbur edirdilər. Həmin dövrdə biz bu qanunsuz tələbə əməl etmədikdə üzümüzə adamlar durquzmağa başladılar. Məsələn, yaxından tanıdığımız Behbudov Vüqar Nüsrət oğlunu banka əmanət qoymuş qardaşım Füzuli Əzimovun üzünə qoydular ki, guya o, qanunsuz yatırım edib. Lakin Vüqar bu təhrikə baş əymədi, amma işi elə düzüb-qoşub saxtalaşdırdılar ki, Vüqara 10 il iş kəsildi, sonradan bu müddət 7 ilə endirildi. Təsəvvür edirsinizmi, Vüqar Behbudov həbs edilən gün oğlu dünyaya gəldi”¦ Vüqar həbsdən çıxanda isə onun oğlu 2-ci sinifdə oxuyurdu. Və elə həmin gün onu şantajla həbs etmiş Vüqar Ələkbərov həbs edildi”¦ Mən müflis vəziyyətə salındım. Oğlumun evini həmin dövrdə satıb banka qoymuşduq ki, üzərinə faiz gəlsin, sonradan təzə mənzil alıb evləndirərəm. İndi oğlumu evsizlik ucbatından evləndirə bilmirəm. Belə də ədalətsizlik olarmı?
Zərərçəkənlər general Mövlam Şıxəliyevin həbsini tələb edirlər”¦
“Təzadlar”x9da şikayət məktubu ilə müraciət etmiş Hüseyn Səfərov, Nizami Kazımov, Xəqani Əzimov, Hamil Rzayev, Vüqar Behbudov, Füzuli Əzimov və digərləri MTN istintaqçılarının qanunsuz hərəkətləri ilə mənimsənilmiş pullarının özlərinə qaytarılmasını, Mövlam Şıxəliyevin də Vüsal Ələkbərov kimi həbs edilməsini Prezident İlham Əliyevdən və Baş prokuror Zakir Qaralovdan xahiş edirlər: “Cənab Prezident, MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zərərçəkmiş Nizami Kazımovun şikayəti əsasında həbs edildi, bizimlə üzləşmələr də aparılıb və onun qanunsuz əməlləri sübuta yetirilib”¦ Amma Vüsal Ələkbərova qanunsuz tapşırıqlar vermiş MTN-nin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev hələ də azadlıqdadır. Bizim pullarımızı da o, şəxsən mənimsəyib”¦”x9d.
General Mövlam Şıxəliyev iş adamının 2 milyon dollarını belə ələ keçirdi”¦
“Təzadlar”x9da göndərilmiş başqa bir məktubda isə vaxtilə Respublika Əmanət Bankın sədri olmuş, iş adamı H.Səfərovun Mövlam Şıxəliyev tərəfindən necə aldadılması və həbs etdiriləcəyi hədəsi ilə ondan külli miqdarda pulunu alması və s. qeyd edilir”¦ Məktubdan məlum olur ki, H.Səfərov da “Texnikabank”x9dın işində zərərçəkmiş kimi tanınıb, amma”¦ Bu iş üzrə istintaqın gedişində Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun diqqətini Hüseyn Səfərov cəlb edir: “”¦İstintaq prosesində Mövlam Şıxəliyev H.Səfərovu əmanətlərin qoyulmasında qanunsuz hərəkətlər etməsi bəhanəsi ilə az qala hər gün MTN-ə çağırıb sutkalarla dindirirdi”¦ Bildiyimizə görə, M.Şıxəliyev ondan həmin pulları hardan əldə etməsini tələb edirmiş. Sonradan şantaj edilərək həbs ediləcəyindən ehtiyatlanan H.Səfərov Mövlam Şıxəliyevin şərtlərinə əməl etməli olur”¦ Və o, Şıxəliyevin sağ əli olan Vüsal Ələkbərov vasitəsilə tapşırıq alır”¦ Nəticədə eləcə MTN-nin binasında 2 milyon dollar pul general Mövlam Şıxəliyevə verilir. Həmin tarixdə MTN-ə giriş-çıxış kameralara baxış keçirilsə, Vüsal Ələkbərovun həmin pulu qəbul edərək yuxarı qaldırması təsdiqini tapar”¦ H.Səfərov istintaqda zərərçəkmiş kimi tanınıb və bildiyimizə görə onu bu yaxınlarda həbs edilmiş Vüsal Ələkbərovla üzləşdiriblər, H.Səfərov Vüsal Ələkbərovdan pulunu tələb edib”¦ “Təzadlar”x9d olaraq bu məsələni araşdıra bilərsiniz”¦”x9d.
***
MTN generalı Mövlam Şıxəliyevin intihara sürüklədiyi iş adamından şok-YENİLƏNİR
Redaksiya olaraq məktubda adı hallanan H.Səfərovla telefon əlaqəsi saxladıq, o, Naxçıvanda olduğunu bildirdi və yaxın vaxtlarda Bakıya qayıdacağını söylədi. 2 milyon məsələsinə gəlincə, o, bunları dedi: “”¦Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam”¦ Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun “danışan dili”x9d, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam”¦ Lakin istintaq getdiyindən başqa heç nə deyə bilmirəm”¦ Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”x9ddə bir neçə mənzilləri var, “Sahil”x9d ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar”¦ “Gənclik”x9ddə 10-a yaxın mənzillərinin olduğunu bilirik”¦ Əvvəllər Yasamalda “Xuruşşovka”x9dda yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub??? Hətta o, Nizami kino mərkəzinin yanında Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyona mənzil alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır”¦ Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı pulları qaytarmasa, özümü onun “Sahil”x9d Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam”¦ İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm”¦”x9d.
Təəssüflər olsun ki, Mövlam Şıxəliyevin mobil telefonuna dəfələrlə etdiyimiz zənglər cavabsız qaldı. Onun da mövqeyini təqdim etməyə hazırıq”¦
(Davamı var)
“Təzadlar”x9dın Araşdırma Qrupu

































































































