Hirkan Milli Parkında yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

Hirkan Milli Parkında yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

Hazırda oxunan: Hirkan Milli Parkında yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

127954

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, ərazidə növbətçilik təşkil edilib. 

“Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”, - məlumatda deyilir.

Bizim.Media



*** 08:38

Martın 30-da səhər saatlarında Astara rayonunun Çükəş kəndində Hirkan Milli Parkının yaxınlığında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, hadisə yerinə Milli Parkın, Nazirliyin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO