Kişinyovla Bakı arasında birbaşa uçuşlara BAŞLANILDI

Hazırda oxunan: Kişinyovla Bakı arasında birbaşa uçuşlara BAŞLANILDI

127826

"Air Moldova" aviaşirkəti Kişinyovla Bakı arasında birbaşa reysləri işə salıb. 

Bizim.Media bu barədə bu gün Air Moldovanın "Facebook" paylaşımına istinadən xəbər verir. 

"Kişinyov-Bakı reysləri çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla həftədə üç dəfə həyata keçiriləcək", - paylaşımda deyilir. 

Qeyd edək ki, Kişinyovdan uçuş yerli vaxtla saat 20:40-da, Bakıya eniş isə yerli vaxtla saat 01:00-da həyata keçiriləcək. Bakıdan uçuş isə çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 02:00-da olmaqla həyata keçiriləcək və Kişinyova eniş saat 04:40-da olacaq.
Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərməklə rekord əldə edib. Bu göstərici bütün öncəki illərin, o cümlədən pandemiyadan öncəki dövrün fevral ayları üzrə göstəriciləri ötüb keçib. 

Belə ki, 2023-cü ilin fevral ayında bu göstərici 312 883 nəfər olubsa, 2019-cu ilin analoji dövründə 243 165 nəfər olub. 2020, 2021 və 2022-ci illərin fevral aylarında Bakı aeroportunda sərnişin axını müvafiq olaraq 270 min, 67 min və 206 mindən artıq olub. 
Ötən ay ölkənin bütün beynəlxalq aeroportlarında sərnişin axını 367 min nəfər olub, 2023-cü ilin əvvəlindən isə bu göstərici təqribən 790 min nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO