Son günlər bəzi sosial şəbəkələrdə Qubanın Talabıqışlaq kəndində və qonşu kəndlərdə meşələrin qanunsuz qırılması ilə bağlı yayılan videomateriallarla bağlı Quba RİH başçısı Ziyəddin Əliyev həmin ərazilərdə sakinlərlə görüş keçirib.
Bizim.Media xəbər verir ki, görüşdə rayonda fəaliyyət göstərən digər qurumların rəsmiləri də iştirak edib.
Rayon rəhbəri bu ərazidə qanunsuz ağac kəsilməsi ilə bağlı öz fikirlərini bildirib, sakinləri dinləyərək onlarla ətraflı söhbət aparıb.
Səslənən faktlarla bağlı araşdırmalar aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Araşdırmalar başladığından təfərrüatlar hələlik açıqlanmır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 29.03.2023
Qubanın kəndlərində ağaclar niyə kəsilib?
Hazırda oxunan: Qubanın kəndlərində ağaclar niyə kəsilib?
Hazırda oxunan: Qubanın kəndlərində ağaclar niyə kəsilib?
127751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.