35 yaşlı Göygöl sakini özünü bıçaqladı

Hazırda oxunan: 35 yaşlı Göygöl sakini özünü bıçaqladı

127749

Göygöl rayonunda xəstəxanaya bədənin kəsilmiş yarası ilə orta yaşlı kişi daxil olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Süleymanovdur. 

Xəsarət almış şəxs dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin stabil olduğu bildirilir. İlkin versiyaya görə 35 yaşlı kişi özü özünə bıçaq xəsarət yetirib.

Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO