Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri vətəndaşları qəbul edəcək

127726

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 7-si, saat 12:00-da Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qəbul şəhərin Heydər Əliyev prospekti, 234 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki “KOB Dostu” ofisində olacaq. 

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər. 

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şəki Ərazi İdarəsinə (telefon: 050 5191323, elektron ünvan: [email protected]), Zaqatala Ərazi İdarəsinə (telefon: 055 3066107, elektron ünvan: [email protected]) 4 aprel saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO