Qənirə Paşayeva: “Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar” - VİDEO 

Hazırda oxunan: Qənirə Paşayeva: “Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar” - VİDEO 

127721

“Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq. Dəhşətli bir cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları qısa zamanda bu hücumu sifariş edənləri və törədənləri aşkara çıxaracaq”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücumla bağlı jurnalistlərə açıqlamasında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Deputat Fazil Mustafa güllələnib


Hazırda millət vəkilinin əməliyyat olunduğu Kliniki Tibbi Mərkəzdə olan Q. Paşayeva qeyd edib ki, dövlət güclü olduğu üçün bunun öhdəsindən gələcək: 

“Fazil bəy mövqeyini həmişə açıq şəkildə bildirib. Bu mesajı verənlər çox yanlış yollara əl atırlar”. 

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəş nəticəsində xəsarət alıb. 

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası alan millət vəkili Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.  

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda cinayət işi açılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO