Şəkidə sürücünün səhlənkarlığı “Mercedes”i aşırdı

Şəkidə sürücünün səhlənkarlığı “Mercedes”i aşırdı

Hazırda oxunan: Şəkidə sürücünün səhlənkarlığı “Mercedes”i aşırdı

127687

Şəkidə sürücünün səhlənkarlığı nəticəsində ağır yol qəzası baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat qəzası “çöl yolu” deyilən ərazidə qeydə alınıb.  

Belə ki, VAZ-21099 markalı avtomobil dönmə qaydalarını kobud şəkildə pozduğundan arxadan sürətlə gələn “Mercedes” markalı avtomobil əvvəlcə VAZ-21099 –a çırpılıb daha sonra yolun kənarındakı bardürlərə dəyərək aşıb.  
Nəticədə “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin müayinələrlə sürücünün həyatı üçün heç bir təhlükə olmadığından o, evə buraxılıb.  

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO