
- A-
- A
- A+
Cəmiyyət
16:48 / 28.03.2023
Xırdalan məktəbində biabırçılıq: Azyaşlı şagirdə pəncərə sildirilir? - VİDEO
Hazırda oxunan: Xırdalan məktəbində biabırçılıq: Azyaşlı şagirdə pəncərə sildirilir? - VİDEO
127646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə şagirdin məktəbin pəncərəsini sildiyinə dair görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ARB TV-də yayımlanan “Günə Doğru” verilişində məlumat verilib.
Süjetdə bildirilir ki, görüntülər Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə lentə alınıb.
Kadrlarda azyaşlının iş görərkən təhlükəli vəziyyətdə olduğu görünür.
Yayılan görüntülərlə bağlı sözügedən təhsil müəssisəsindən açıqlama verilməyib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin məsul şəxsi Səbinə Məmmədova isə bildirib ki, həmin azyaşlı uşaq 10 nömrəli məktəbin şagirdi deyil, təhsil müəssisəsində çalışan xadimənin övladıdır.
Daha ətraflı videosüjetdə:
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































