Bakı metrosunda DƏHŞƏT – Sərnişin qatar yoluna DÜŞDÜ - VİDEO

Bakı metrosunda DƏHŞƏT – Sərnişin qatar yoluna DÜŞDÜ - VİDEO

Hazırda oxunan: Bakı metrosunda DƏHŞƏT – Sərnişin qatar yoluna DÜŞDÜ - VİDEO

127161

Bakı metrosunda sərnişin stansiya yoluna düşüb.

Bu barədə Bizim.Media-ya “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə kişi sərnişin "Memar Əcəmi" stansiya yoluna düşüb. Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlasa da, stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. 

Xəsarət alan sərnişinə təcili tibbi yardım çağırılıb və ona ilkin yardım göstərilib. 

Nəticədə Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO