Sərxan artıq sabahdan işə çıxacaq  - Qənirə Paşayeva

Sərxan artıq sabahdan işə çıxacaq - Qənirə Paşayeva

Hazırda oxunan: Sərxan artıq sabahdan işə çıxacaq - Qənirə Paşayeva

126225
Əziz dostlar, döyüşlərdə yaralanaraq hər iki ayağını itirən Sərxan Tahirzadənin işlə təmin olumaq istəyi ilə bağlı ötən gün axşam Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovla danışdıq və Sərxana kömək göstərilməsini xahiş etdim. 
Taleh müəllim bildirdi ki, o hər zaman Sərxan və ailəsinə kömək edib və işlə də bağlı kömək edəcək. Bir az əvvəl Taleh müəllim zəng edib dedi ki, Sərxan artıq sabahdan işə çıxacaq. Onun üçün ağır olmayan, amma maraqlı olacaq iş verildi. Mədəniyyət mərkəzində kompüterlə işləyəcək. Bundan başqa onun ailəsinə şəhərə bitişik ərazidə torpaq ayrılıb və orada avtomobil yuma və təmiri mərkəzi tikintisinə razılıq verib. Sərxanla da təkrar danışdım, bildirdi ki, rayon icra hakimiyyəti başçısı Taleh müəllim özü ona zəng edib və işlə təmin olunub və işə çıxacaq. Lənkaran rayon icra hakimiyyəti başçısı Taleh Qaraşova və Sərxana dəstək olmağa çalışan bütün dəyərli həmkarlarıma, dostlara təşəkkür edirik. Sərxana yeni işində uğurlar!

Qənirə Paşayeva, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO