Hörmətli Mahir! Ad günüm ərəfəsində saytlarda hədiyyə olaraq yerləşdirdiyin yazını kağızda çıxarıb mənə gətirdilər. Yazının adı xoşuma gəldi: «Anar yazıçı deyil və ya tənha Anar». Uğurlu tapıntıdır, şübhəsiz belə başlıq sayta girənlərin sayını qat-qat artıracaq. Şübhəsiz bu məqsədlə daha sensasion başlıqlardan da istifadə etmək olardı, məsələn: «Anarın yazılarını özü yazmayıb» yaxud «Anarın yazıları benqal dilindən tərcümələrdir».
Hər halda buna da şükür. İlk öncə səni İlayda adlı nəvən olması münasibətiylə təbrik edirəm. Unudulmaz dostum Qabilin sözləriylə desəm «Bəxti gözəl olsun».
Yazılarım haqqında, Yazıçılar Birliyində, Parlamentdə gördüyüm az-çox işlər haqqında xoş sözlərinə görə, sənə minnətdaram. Amma bununla belə yazdığın bəzi məqamlarla razılaşmıram, bəzi məsələlərə xa0isə aydınlıq gətirmək istəyirəm. Atana xa0istinad edərək yazırsan ki, guya Qabil deyib: «Rəsul müəllimin məndən acığı gəlsə də (şəxsi yox, sərbəst və heca vəznində yazanların davası baxımından) yüksək tribunadan mənim üç şeirimi poetik kəşf adlandırıb» və xa0bu sözlərə əlavə edirsən: «Heyf ki, adları mənim yadımda xa0deyil».
Adlarını mən deyim, sən də yadında saxla: «Küləkli havalarda, yağışlı havalarda», «Məhəbbət deyil», «Tramvay parka gedir».xa0
Doğrudan da bu şeirləri Rəsul Rza çox bəyənirdi və hər hansı Azərbaycan xa0şeir antologiyasına düşməyə layiq bilirdi. Mən də bu şeirləri çox sevirəm, tərtib etdiyim «Min beş ilin oğuz şeiri» antologiyasına Qabilin başqa şeirləriylə bir sırada xa0bu şeirləri də daxil etmişəm. Rəsul Rzanın şəxsiyyət kimi də, heca və əruz vəznlərində yazan şair kimi də Qabildən xoşu gəlməməsi xa0düz deyil. İntəhası Qabil «Azərbaycan» jurnalında işləyərkən sərbəst vəzndə yazan gənc şairlərə müəyyən dərəcədə ogey münasibət bəsləməsindən razı deyildi və Fikrət Qocaya qarşı yazdığı məqaləsini ədəb və ədəbi etika çərçivəsində tənqid etmişdi.xa0
Mənim Qabillə son dərəcə isti və mehriban münasibətlərimiz yəqin sənə məlumdur. Onun bir kitabına Ön söz və ümimiyyətlə müxtəlif illərdə haqqında dörd məqalə yazmışam. Onlardan birinin xa0adı hamısı üçün səciyyəvidir: xa0«Qabili çox sevirəm». xa0
Özünü xa0«ədəbiyyatın partizanı» adlandırıb arada-sırada Yazıçılar Birliyi barədə «solaxay» fikirlər söyləsən belə, sənə də Qabilin oğlu kimi hörmətim var. Amma məhz Qabilin oğlu olduğun üçün gərək, məsələn Mirzə İbrahimovun əsərləri haqqında «ürək bulandıran» ifadəsini özünə rəva xa0bilməyəydin. Bu ifadəni dolayısıyla işlətsən də, 60-cılarla bağlasan da, bu sözləri sənin və mənim xa0bu gün yazdığımız dilin qorunub saxlanmasında xa0böyük xidmətləri olan Mirzə İbrahimova aid etmək (müəyyən əsərlərini bəyənməsək belə) çox böyük ədalətsizlikdir...xa0
Eləcə də xa060-cıları bəhanə edərək «Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, siz sovet şairlərisiniz. Kimə lazımdır axı sizin yazdıqlarınız?» cümləsini bir an təsəvvür elə ki eynən Qabilə şamil edəydilər, buna necə münasibət bəsləyərdin? Yazırsan ki, «atam həmişə xa0Anarı mənə nümunə çəkirdi. Yazdığı «Sizsiz» əsərinə görə».
Çox məmnunam ki, atanın bu sözlərinə riayət edirsən, xatirəsini daima xa0əzizi tutursan. Bu hər bir övladın vicdan borcudur, amma vicdanımız qarşısında daha xa0bir borcumuz odur ki, xa0 ən xoş niyyətlə belə olmayanı yazmayaq... 1987-ci ildə, iyunun 18-də Yazıçılar Birliyinin xa0 xa0Plenumunda mənim bu təşkilatın rəhbəri seçilməyim bardə xa0yazırsan ki, xa0namizədliyimi Qabul verib. Bu düz deyil. Mənim namizədliyimi ilk olaraq Əkrəm Əylisli təklif etdi, sonra İsi Məlikzadə, İsa İsmayılzadə, Tofiq Bayram dəstəklədi və sonda İsmayıl Şıxlı özü də bu çıxışçılarla həmrəyliyini bildirdi. Qabil o Plenumda çıxış etməyib. Plenumun stenoqrammı durur. Bu həqiqətdir. Amma o da həqiqətdir ki, işlədiyim bütün müddətdə Qabilin xa0dost münasibətini də, mənəvi dəstəyini də duyurdum və mən də bu xoş davranışa qarşılıq olaraq ona layiqi olduğu hörməti göstərirdim. Mənim təklifimlə xa0Qabil Ağsaqqallar şurasının və Sabir poezia günlərinin rəhbəri seçilmişdi, onu Xalq şairi adına təqdim etmişdik. Mənə həsr etdiyi şeri də minnətdarlıq hissiylə xatırlayram. xa0 xa0Yazında razılaşmadığım bir məqamı da qeyd etmək istəyirəm: Bizim nəsil haqqında yazırsan ki, onlar özlərinə xüsusi ad ”“ 60-cılar adı qoydular, Bu düz deyil. Bu ifadə xa0yalnız xa0Azərbaycan ədəbiyyatşünaslığında deyil, bütün ovaxtkı sovet məkanında, o cümlədən rus mətbuatında da bu nəslə aid xa0termin kimi işlənirdi və indi də işlənir. Azərbaycanda bu nəslin guya «arxalı» olduğu haqqında fikrin də yanlışdır. Özəlliklə mənim xa0haqqımda bunu dönə-dönə təkrar edirsən. Sən o vaxtı xa0xatırlaya bilməzsən, amma o dövrün mətbuatına xa0baxsan görərsən ki, ilk çap olunan xa0«Keçən ilin son gecəsi» adlı hekayəm , «Ağ liman» adlı ilk povestimdən tutmuş, «Qobustan» toplusunun xa0redaktoru kimi fəaliyyətimə qədər xa0«Kommunist», «Azərbaycan gəncləri» qəzetlərində, «Azərbaycan kommunsti», hətta «Kirpi» jurnalında xa0necə amansız tənqidlərə məruz qalmışam. Eləcə də «arxalı» Vaqif Səmədoğlunun şeirləri”¦ O vaxt artıq Moskva mətbuatında xa0 ən çox çap olunan Azərbaycan yazıçılarından idim (güman edirəm ki, bunu xa0«arxam» olduğu xa0üçün zənn etmirsən), Bakıda, Moskvada, xarici ölkələrdə kitablarım çıxmışdı, pyeslərim oynanırdı, filmlərim çəkilirdi, amma xa0 nəinki SSRİ yazıçılar İttitfaqının, heç Azərbaycan Yaşıçılar İttifaqının da 40-dan çox üzvü olan İdarə heyətinə düşmürdüm. Atamın ölümünə qədər xa0bir dəfə də olsun nə respublikanın, nə də SSRİ-nin yaşıçılar qurultaylarına nümayəndə seçilmişdim. Budur mənim «arxalı» olmağımın göstəriciləri. «Arxalılar» sırasında Müslüm Maqomayevin, Emin Sabitoğlunun, Yusif Səmədoğlunun da adlarını çəkirsən, nədir Müslümə babası Müslüm Maqomayev o gözəl xa0səsi miras qoyub? Sabit Rəhmanın oğlu olmasaydı Eminin bəstəkarlıq istedadı, Səməd Vurğunun oğlu olmasaydı Yüsifin yazıçılıq istedadı parlamazdı? Sən də xa0məşhur xa0şairin oğlusan Mahir, sənin də hər hansı uğurunu atanın adıyla bağlasalar bu ədalətli iş olarmı?
xa0Məndən hər hansı səbəbdənsə (ya əksər hallrada heç bir səbəbi olmadan) narazı qalanların daima xa0çeynəyib tökdükləri xa0iftiraların sənin yazında da xa0yer almasını istəməzdim. Bilənlər bilir, bilmək istəməyənlər xa0bilməsin, xa0 mən Bakıda da, Moskvada da deputat olduğum zaman xalqımızın ən ağrılı problemləriylə bağlı dəfələrlə çıxışlar etmişəm, Qorbaçovla şəxsi görüşdə onunla xa0mübahisələrim olub, yalnız bir dəfə çıxışa yazılmadığım üçün Qorbaçovun mənə söz verməməsi indiyəcən bədxahlarımın ən xa0sevimli mövzularındandır. Özü də xa0mənim heç vaxt demədiyim, adımdan uydurduqları xa0sözləri sən də təkrar edirsən. xa0Guya mən «o tərbiyənin yiyəsi xa0deyiləm axı, ailə tərbiyəsi görmüşəm» demişəm, Ailə tərbiyəsi gördüym doğrudur, xa0amma başdan ayağa uydurma olan o sözləri mən heç vaxt xa0dilimə gətirməmişəm. Onu demişəm ki, Qorbaçov o gün çıxışa yazılmadığımçün mənə söz vermədi, amma səhərisi gün xa0Rəyasət heyətində onunla yanaşı oturan xa0Püstə xanım Əzizbəyovanın vasitəsiylə: «Mən sizin yazıçını tanımamışam, söz vermədiyimçün üzr istəyirəm» sözlərini çatdırmışdı, Ölkə başçısının bu üzrxahlığı mətbuatda da əks olunub, amma bunu görməməzliyə vururlar, çünki məqsəd ayrıdır.Yeri gəlmişkən Vəzirovdan da mənim heç bir şəxsi xa0xahişim olmayıb, ictimai-siyasi promlemlərlə, həbs olunanların azadlığa buraxılmasıyla bağlı müraciətərim olub, amma hər dəfə bunları aləmə car çəkməliydimmi ki, xa0əleyhdarlarım hər şeyi öz arşınlarıyla ölçməsinlər”¦ Bir dəfə Qabilin Şəhidlər Xiyabanında Ulu Öndərə yanaşmasıının necə tərs yozulması yəqin xa0yadındadır.
xa0Dönə-dönə xa0«Anar yazıçı deyil» yazırsan. Yəqin xa0bu da bir növ xa0məzələnmədir, amma məncə bu sayaq məzələnmə nə sənin, nə mənim yaşıma xa0yaraşır. Bu sözləri israrla xa0təkrar edib gözlənilmədən belə xa0nəticəyə gəlirsən: «Anar yazıçı deyil. Amma Anar KLASSİK yazıçıdır». Əgər bu sözlərin də xa0zarafat deyil, səmimi etirafdırsa, çox sağ ol, amma mən özümü xa0canlı klassik saymaqdan çox uzağam. Eyni zamanda yenə də sənin zənn etdiyin kimi nə yazıçıılığımı ictimai xadimliyə ya Yazıçılar Birliyi sədrliyinə qurban vermişəm, nə də xa0sənin sözlərinlə «özümü yazıçı kimi öz əlimlə silmişəm». Düşüdünyün kimi Kəbirlinski də deyiləm, ömrüm boyu Kəbirlinskini dolamağa çalışan Məcidlərə (o da xa0həmin povestin personajıdır) rast gəlsəm də.
xa0İstərdim ki, vaxt xa0tapıb mənim elə XX1 əsrdə yazdığım povestərlə, hekayələrlə, esselərlə, ssenarilərlə, Bakıda, Moskvada, Türkiyədə və son illər ona qədər başqa ölkədə nəşr olunmuş qalın-qalın kitablarımla tanış olasan, işdi buna macalın yoxdursa, heç olmasa ən son illərdə yazdığım əsərlər haqqında Bakı, Moskva, Türkiyə mətbuatnda çıxan məqalalərə, son dövr yaradıcılığıma xa0həsr olunmuş ayrı-ayrı kitablara baxasan. O zaman mənim yazıçı kimi sönüb sıradan çıxmağım sarıdan xa0 nigarançılığın qalmaz.
xa0Əsərlərim haqqında dediyin xoş sözlərçünsə, bir daha təşəkkür. Sənə ədəbi partizanlıq fəaliyətində xa0ədalətli, insaflı, obyektiv olmanı arzulayıram. Onda doğrudan da daşıdığın ata adına layiq olarsan.
Hörmətlə Anarxa0
9 mart 2016































































































