ADR sədrinin müavini Səxavət Əlisoy Moderator.az-a açıqlamasında son günlər gündəmin əsas mövzusu olan kazinoların açılması ilə bağlı təklifləri şərh edib. S. Əlisoyun qənaətincə, bu məsələnin ictimai müzakirəyə çıxarılması vacibdir:
“Qumar oyunlarının rəsmən leqallaşdırılması çox ciddi bir məsələdir və hesab edirəm ki, bu məsələ cəmiyyətdə müzakirə obyekti olmalıdır. Bəziləri kazionaların açılmasının milli mentalitetə ciddi zərər vuracağını düşünür. Xüsusən gənclər üçün mənəvi baxımdan zərərli olacağını düşünənlər var. Eyni zamanda, Azərbaycanın dünyəvi bir dövlət olduğunu, Avropanın bir parçası olduğunu da unutmaq lazım deyil. İyirmi il əvvəl mərhum H.Əliyev kazinoların fəaliyyətinə rəsmən qadağa qoydu.
Bu 20 ildə çox şey dəyişib. Həm Azərbaycan dəyişib, həm də, insanların dünyaya baxışı dəyişib.
Kazino turizm baxımından dövlət üçün çox sərfəlidir. Kazino eyni zamanda 10 minlərlə iş yerlərinin açılması deməkdir.
Kazinolar həm də dövlət büdcəsinə xeyli vəsait gətirir. Bütün bunlarla yanaşı qumarxanaların mənfi cəhətləri də sadalandı. Onu da unutmayaq ki, Azərbaycanda gizli qumarxanalar fəaliyyət göstərir. Bu barədə mediada xəbərlər gedir. Yaxud leqal fəaliyyət göstərən “Topaz”x9dı yadınıza salın”x9d.
S.Əlisoyun qənaətincə, kazinoların fəaliyyətinin bərpa olunması daha məqsədəuyğundur:
“Mənə görə, kazinoların fəaliyyəti bərpa olunmalıdır. Sadəcə, ilkin mərhələdə Bakıda və turizm məkanlarında yerləşən 5 ulduz otellərdə kazinoların fəaliyyətinə eksperiment olaraq icazə verilməlidir.
Cümlə Azərbaycanda kütləvi şəkildə qumarxana fəaliyyətinə start verilsə, böyük ajiotaj yaşanacaq.
Bəzən biz gerçəkliklə barışa bilmirik. Gizli qumarxanalar varsa, onun rəsmiləşdirilməsi daha faydalıdır. Tatarıstanda kazinolara qadağa qoyuldu və qumara aludə olan tatarlar qonşu Mari Respublikasına axın etməyə başladılar.
Azərbaycanda da imkanlı adamlar qumar oynamaq üçün Avropanın, yaxud Gürcüstanın kazinolarına gedirlər”x9d.
S.Əlisoyun fikrincə, ölkədə qumara meyilli təbəqə var:
xa0“Azərbaycanda qumara meyilli olan təbəqə var. Bunlar harınları övladlarıdır. Kazinoya sadə vətəndaşlar, maaşa dolanan ziyalılar onsuz da yaxın durmayacaq. Onu demək istəyirəm ki, kazinolar fəaliyyətə başladığı təqdirdə, "xalqın əxlaqına zərbə dəyəcək iddiası ilə razılaşmıram".
Bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Hər kəs etiraf edər ki, Azərbaycanda gizli qumarxanalarla yanaşı, gizli fahişəxanalar da fəaliyyət göstərir. Bu barədə də mediada kifayət qədər xəbərlər gedir.
Bir sıra restoranların, otellərin və digər məkanların priton kimi fəaliyyət göstərdiyini həm cəmiyyət, həm də hüquq-mühafizə orqanları gözəl bilir. Xatırlayırsınızsa arabir keçirilən reydlər zamanı aşkar olunan pritonlar barədə TV-lərdə də məlumat gedir. Mütəxəssis həkimlər-dəri-zöhrəvi həkimləri gənclər arasında bəzi zöhrəvi xəstəliklərin yayıldığını deyir. Yüzlərlə, minlərlə yetkinlik yaşına çatmamış gənc utandığından, ya da imkansızlıq ucbatından həkimə müraciət edə bilmir. Belə gənclərin bir müddət sonra müxtəlif xroniki xəstəliklərə yoluxması şəksizdir.
Gənclər arasında bu xəstəliklərin qarşısının alınması üçün nə etmək lazımdır?
Sivil Avropa bu mərhələni çoxdan keçib. Onlar həm zöhrəvi xəstəliklərin, həm zoofiliyanın qarşısını almaq üçün ciddi qərarlar qəbul edə bildi. Bizdə "milli mentalitet" deyilən bir anlayış çox vaxt ciddi qərarlar verilməsiniə əngəl olur. Azərbaycanlı qadınların İstanbulda, Dubayda və digər ölkələrdə namus alverinə necə baxırsınız? Kimsə durub deyə bilməz ki, Azərbaycanda fahişəlik yoxdur. Bu bir sosial bəladır və bu bəlanın epidemiya kimi yayılmasının qarşısını almaq üçün dövlət düşünülmüş addımlar atmalıdır.
Bir daha təkrar edirəm, bu problemlər həm Milli Məclisdə, həm də mediada ciddi müzakirə olunmalıdır”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0
xa0
xa0
































































































