Bakıda ər-arvadı avtomobil vurdu

Bakıda ər-arvadı avtomobil vurdu

Hazırda oxunan: Bakıda ər-arvadı avtomobil vurdu

12507

Paytaxtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Yolu keçən 1963-cü il təvəllüdlü İmanov Əbülfət Əhməd oğlu və həyat yoldaşı, 1965-ci il təvəllüdlü İmanova Aybəniz Cəmil qızını avtomobil vurub.

Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı Ə.İmanova sol incik sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları, A.İmanovaya isə qapalı kəllə-beyin travması, alnın cırılmış yaraları, sol oturaq qaşıq sümüyünün sınığı diaqnozları qoyulub.

Hər iki yaralı həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.  (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO