
- A-
- A
- A+
Cəmiyyət
21:36 / 10.03.2023
İsmayıllıda avtomobil YANDI - FOTO
Hazırda oxunan: İsmayıllıda avtomobil YANDI - FOTO
124883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İsmayıllıda minik avtomobili yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün İsmayıllı şəhərində qeydə alınıb.
Rayon sakini Ələsgərov Əkbər Cəmşid oğluna məxsus 99-EO-623 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı minik avtomobili dayandığı yerdə qəflətən yanmağa başlayıb.
Avtomobilin salon hissəsində başlayan yanğın qısa vaxtda genişlənib. Hadisə yerinə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb.
Fakt araşdırılır.
Aqil Əsədov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































