Bu gün xarici pasport almaq üçün ilk dəfə idi ”ª#”ŽASAN”¬ Xidmətə getdim. Müraciət, xidmət haqqı ödəmək, şəkil çəkdirmək və pasportu götürməyə görə verilən qəbz üçün cəmi 5 dəqiqə vaxt itirdim. İşçilərin hamısını cavan, səliqəli, gülərüz və peşəsində hazırlıqlı gördüm. Bəlkə ilk dəfə idi ki, hakimiyyət qurumlarına müraciətdən əsəbləşmədən, əksinə xoş əhval-rühiyyədə çıxdım. Demək, bu millət həqiqətən hər bir işi ən yaxşı formada görmək qabiliyyətindədir. Hamımızın ölkəmizdə xoşbəxt yaşamamız üçün, ölkəmizin inkişafı üçün sadəcə hakimiyyətin istəyi lazımdır. Bu günə qədər bunları etməyən, həyatımızı cəhənnəmə döndərən, insanları Vətənlərindən didərgin salan hakimiyyətin uzun yaşayacağına inanmıram. Əminliklə deyirəm ki, ölkədə vətəndaşlar üçün bilərəkdən yaradılan problemlər, əngəllər, mövcud çatışmamazlıqlar, ancaq və ancaq hansısa qudurğanların, insani keyfiyyətlərini itirmişlərin ciblərini doldurmaq üçündür. Onların bədbəxtçiliyi pula olan hərislik, sonsuz sevgi və sonlarını da yetirəcək acgözlükdür.
P.S. İmkandan istifadə edib ASAN Xidmət sistemini quranlara, orada çalışanlara təşəkkürümü bildirirəm.
Aslan İsmayılov, tanımış hüquqşunas































































































